Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - Fotolar

ali-mehkemenin-hakimi-teqaude-gonderildi
Oxunma sayı: 7655

Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynov təqaüdə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ali Məhkəmədə tədbir keçirilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynovun uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.