Almaniya rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

almaniya-rusiyali-diplomati-arzuolunmaz-sexs-elan-etdi
Oxunma sayı: 1008

Almaniya hökuməti Rusiyanın Münhendəki konsulluğunun əməkdaşını casusluq şübhəsi ilə “arzuolunmaz şəxs” (“persona non grata”) elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Der Spiegel” jurnalı yayıb.

Nəşr yazır ki, federal hökumət rusiyalı diplomatı ölkədən çıxarıb.

Qeyd olunur ki, həmin diplomat Almaniya universitetlərindən birində çalışan və ötən il saxlanılması məlum olan rusiyalı İlnur N.-yə qarşı aparılan istintaq çərçivəsində saxlanılıb.

Bu həftə isə məlum olub ki, Almaniyanın federal prokurorluğu İlnur N.-yə qarşı Rusiyanın xeyrinə casusluq etməkdə işi üzrə ittiham irəli sürüb.