AMEA prezidenti istefa verdi

amea-prezidenti-istefa-verdi
Oxunma sayı: 8724

Oktyabrın 21-də Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.  

"Qafqazinfo"nun Demokrat.az-a istinadən məlumatına görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və bu gün AMEA-ya yeni prezident seçiləcək.  

Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.  

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.