Ana və övladını avtobus vurdu - Ölən var - Yenilənib

ana-ve-ovladini-avtobus-vurdu
Oxunma sayı: 2257

Qubada bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu piyadalar - 1998-ci il təvəllüdlü Əminə Sahib qızı İsrafilova və övladını vurub.

Qəza zamanı qadın və onun azyaşlı övladı xəsarət alıb.

Onlar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, Ə.İsrafilovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

***

Quba Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:00 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə biri aqonal vəziyyətdə olmaqla, 2 nəfər (qadın) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara sol bazunun epifiziolizi, həyatla uzlaşmayan müştərək travma, aqonal vəziyyət diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2017-ci il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.

1998-cı il təvəllüdlü şəxsə göstərilən bütün zəruri reanimasiyon tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:20 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib”.

Mübariz Muradov