Anım Gününə hazırlıqlar başladı - Fotolar

anim-gunune-hazirliqlar-basladi
Oxunma sayı: 8908

Sabah Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycanda Anım Günü qeyd ediləcək.

Bununla əlaqədar olaraq, ölkə ərazisində sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər çərçivəsində Bakının bir sıra küçə və prospektləri Azərbaycanın Dövlət Bayrağı ilə bəzədilib.

Müdafiə Nazirliyi də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcəyini açıqlayıb. Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal paytaxtın Heydər Əliyev prospektində Anım Gününə hazırlıq işlərini kamerasının yaddaşına köçürüb.