Araz avtoşluq etdi, Rəşad əsəbiləşdi - Video+Foto

araz-avtosluq-etdi-resad-esebilesdi
Oxunma sayı: 7490

“Qarabağ”ın futbolçusu Araz Abdullayev yenidən diqqət mərkəzinə düşüb. “Qafqazinfo” xəbər verir ki, o,  bu dəfə avtoşluq etməklə gündəmə gəlib. 

Abdullayev yüksək sürətlə maşını idarə etməsini öz “İnstagram” hesabında paylaşıb.  

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov isə onun bu paylaşımına əsəbi reaksiya verib. 

Qeyd edək ki, Araz Abdullayev 2013-cü ildə Nobel prospektində iki süpürgəçi qadını avtomobillə vurmuşdu. Onlardan biri dünyasını dəyişmişdi.