Arif Qazıyev vəfat etdi

arif-qaziyev-vefat-etdi
Oxunma sayı: 11220

Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev bu gün 84 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya mərhumun bacısı oğlu Mətləb Nəcəfov məlumat verib.

Qeyd edək ki, rejissor 1938-ci ildə anadan olub. Arif Qazıyev "Şöhrət" ordeni ilə təltif olunub, 2017-ci ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görüıüb.