Arvadı Şumaxerin şəxsi təyyarəsini və evini satdı

arvadi-sumaxerin-sexsi-teyyaresini-ve-evini-satdi
Oxunma sayı: 3463


“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Bunte” dərgisi məlumat yayıb. Korinna Şumaxer ərinin şəxsi təyyarəsini və Norveçdəki evini satıb. 

Təyyarənin qiyməti 25 milyon funt-sterlinq dəyərində qiymətləndirilir. Xanım Şumaxer bu qərarını artıq idmançının bu mülklərə ehtiyacının olmadığı ilə izah edib. 

Qeyd edək ki, dünya şöhrətli Mixail Şumaxer hazırda İsveçrədəki evində reabilitasiya kursu keçir. O, 2013-cü ildə dağda xizək sürərkən başında ağır travma almışdı.