Arvadını bir yumruqla öldürdü

arvadini-bir-yumruqla-oldurdu
Oxunma sayı: 4235

Bakıda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Yasin Mikayılov ailə münaqişəsi zəminində həyat yoldaşı Samirə Mikayılovaya yumruq vuraraq öldürüb.

Y. Mikayılov tutulub. Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.