Arzu Əliyeva ailəsi ilə Kristal Zalda - Fotolar

arzu-eliyeva-ailesi-ile-kristal-zalda
Oxunma sayı: 10488

Bu gün Bakıda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasının ikinci turu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Olimpiadanın ikinci günündə prezident İlham Əliyevin qızı Arzu Əliyeva və onun ailə üzvləri Bakı Kristal Zalına gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib, arenada açılan sərgi ilə tanış olublar.

Arzu Əliyeva qadınlar arasında şahmat üzrə dünya çempionu, çinli Hou Yifan ilə söhbət edib, onunla xatirə şəkli çəkdirib.

Arzu Əliyeva və ailə üzvləri şərhçilər otağına da baş çəkiblər. Burada onlara Olimpiadanın gedişi, həmçinin Azərbaycanda şahmatın, o cümlədən uşaq şahmatının inkişafı ilə bağlı ətraflı məlumat verilib.