Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Şirvan şəhər sakinlərinin onlara qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Aparılan araşdırmalar zamanı Şirvan şəhər sakini Elvira Əhmədova etibardan sui-istifadə edərək ayrı-ayrı şəxslərin “ASAN xidmət” mərkəzlərinə işə qəbul edilmələrini yalandan vəd edib saxta əmrlər hazırlayaraq təqdim etməklə onların 11 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər