Asena keçmiş ərinin aldığı 840 minlik maşınla - Foto

asena-kecmis-erinin-aldigi-840-minlik-masinla-
Oxunma sayı: 6502

Xəbər verdiyimiz kimi, Fənərbaxçalı futbolçu Caner Erkin boşanma müqabilində keçmiş həyat yoldaşı Asena Erkinə 840 min avroluq “Mercedes G65” markalı avtomobil hədiyyə edib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Asena ərindən bir neçə gün öncə boşandıqdan sonra rəfiqəsi ilə restoranlardan birindən çıxarkən yeni avtomobilində görüntülənib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, Caner Erkin ilə Asena 2010-cu ildə ailə həyatı qurub. Cütlüyün Çinar adlı oğlu var.