Ata və qızı yaralandı, azyaşlı oğlu öldü - Dəhşətli qəza

ata-ve-qizi-yaralandi-azyasli-oglu-oldu
Oxunma sayı: 3769

Lənkəranda ağır yol qəzası baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 28 yaşlı Qabil Muxtar oğlu Əbdülovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub.

Güclü zərbədən "VAZ-2106"-nın sürücüsü və onun yanındakı sərnişinləri olan uşaqları -12 yaşlı Elvira və 9 yaşlı Şamo müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılara lazımi tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq baş beynin ağır dərəcəli zədələnməsi diaqnozu təyin edilmiş 9 yaşlı Şamonun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.