ATƏT-in müşahidəçisi Ukraynada həlak oldu

atet-in-musahidecisi-ukraynada-helak-oldu
Oxunma sayı: 2954

Rusiya ilə müharibədə ATƏT-in Xüsusi Monitorinq Missiyasının müşahidəçisi həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın qulluqçusu” fraksiyasının deputatı Mariya Mezentseva feysbukda paylaşım edib.

"ATƏT missiyasında ilk ölüm olub. Rusiyanın Ukraynaya qarşı müharibəsində 45 yaşlı qadın bir əməkdaşı həlak olub", - o yazıb.

Deputat bunun harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.