Avro-2020-də ilk sensasiya

avro-2020-de-ilk-sensasiya
Oxunma sayı: 7156

AVRO-2020-də qrup mərhələsinin I turunun daha bir oyunu başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, B qrupunun ilk matçında Danimarka Finlandiya ilə üz-üzə gəlib.

Kopenhagendə keçirilən matç xoşagəlməz hadisə ilə əlamətdar olub. Meydan sahiblərinin futbolçusu Kristian Eriksen ürək dayanması səbəbindən huşunu itirərək yerə yıxılıb. Bu səbəbdən 42-ci dəqiqədə dayandırılan görüş təxminən 2 saat sonraya təxirə salınıb.

İkinci hissədə Finlandiya Joel Pohyanpalonun qolu ilə hesabda önə keçib. Bu, indiyədək dünya və Avropa çempionatlarının final mərhələsində iştirak etməyən “suomilər”in böyük turnirlərdə ilk qolu olub. Lakin qol müəllifi Eriksenə görə sevincini qeyd etməyib.

Danimarkalılar penalti şansı qazansa da, hesabda tarazlıq yarada bilməyiblər. Üstünlüyünü qoruyan finlandiyalılar AVRO-2020-nin ilk sensasiyasına imza atıb.

Qeyd edək ki, B qrupunda I turun digər görüşündə Belçika və Rusiya qarşılaşır.

AVRO-2020
12 iyun
I tur, B qrupu

20:00. Danimarka – Finlandiya - 0:1
Qol: Joel Pohyanpalo, 59
Baş hakim: Antoni Teylor (İngiltərə)
Kopenhagen. “Parken” stadionu