Avro-2020 matçında şok anlar, oyun dayandırıldı - Video+Yenilənib

avro-2020-matcinda-sok-anlar-oyun-dayandirildi
Oxunma sayı: 9460

Avro-2020-nin B qrupunda keçirilən Danimarka - Finlandiya oyununda şok anlar yaşanıb.

 “Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 43-cü dəqiqəsində danimarkalıların ulduz futbolçusu Kristian Eriksen ürəktutmasından yerə yıxılıb.

Həkimlər onu xəstəxanaya aparıb. Durumu ağır olan Eriksen üçün azarkeşlər, futbolçular göz yaşlarına qərq olub.

Buna görə matç dayandırılıb.

***

Məlumata görə, təcrübəli futbolçu artıq özünə gəlib, hazırda vəziyyəti stabildir.

***

UEFA-nın yaydığı məlumata görə, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən davam etdiriləcək.