Avropa İttifaqı Azərbaycana yeni səfir təyin etdi

avropa-ittifaqi-azerbaycana-yeni-sefir-teyin-etdi
Oxunma sayı: 2719

Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Mariyana Kuyundziç gətirilib.

Məlumatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb.

Qeyd edək ki, yeni səfir hazırda Xorvatiyanın Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində çalışır.