Avropalı deputatlar Zelenskini göz yaşları içində alqışladı - Video

avropali-deputatlar-zelenskini-goz-yaslari-icinde-alqisladi
Oxunma sayı: 8872

Xəbər verdiyimiz kimi, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentində videokonfrans formatında çıxış edib.

“Qafqazinfo”nun məlumatına görə, Zelenski çıxışı zamanı Avropa İttifaqını Ukraynanı quruma qəbul etməyə çağırıb:

“Belə bir ifadə var – Avropanın Ukrayna seçimi. Bu gün sizdən bizə “Avropa tərəfindən Ukraynanın seçilməsi” ifadəsinin səslənməsini eşitmək istərdim”.

Çıxışının sonunda Avropa Parlamentinin deputatları Zelenskini ayaqüstə, göz yaşları içində alqışlayıb.