Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik

Avtomobillərin qeydiyyatı və nömrələrlə bağlı yenilik
Oxunma sayı: 12735

Azərbaycanda avtomobillərin qeydiyyatı və dövlət qeydiyyat nişanlarının verilməsi elektron qaydada həyata keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin bu gün Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında imzaladığı əsasnamədə əksini tapıb.

Əsasnaməyə görə, aşağıdakı prosedurların həyata keçirilməsi BDYPİ-nin sistemi vasitəsilə həyata keçiriləcək:

- nəqliyyat vasitələrinin dövlət qeydiyyatının, təkrar dövlət qeydiyyatının aparılması, qeydiyyat şəhadətnamələrinin doldurulması və verilməsi;

- nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi;

- xarici dövlətdə verilmiş və Azərbaycanda istifadə edilən sürücülük vəsiqələri barədə məlumatların sistemə daxil edilməsi;

- nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması barədə məlumatların sistemə daxil edilməsi;

- mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanlarının verilməsi.