“Axtarış söhbətinə gülməyim gəlir” - Rəqsanə danışdı+Audio

axtaris-sohbetine-gulmeyim-gelir-reqsane-danisdiaudio
Oxunma sayı: 924

“Mən heç bir orqan tərəfindən çağırılmamışam və heç bir çağırışdan da qaçmamışam ki, məni axtarışa veriblər”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri müğənni Rəqsanə ATV-də yayımlanan Ümid var verilişində telefonla canlı bağlantı zamanı deyib. O bildirib ki, bu söhbət bir ildən artıqdır ki, gedir:

“Mən nə qaçmışam, nə də gizlənmişəm. Telefonlarım da açıqdır. Məni nə vaxt dəvət etsələr Azərbaycana gələ bilərəm. Bu axtarış söhbətinə sadəcə gülməyim gəlir”.