Ayrılıq xəbərləri yayıldı

ayriliq-xeberleri-yayildi
Oxunma sayı: 1322

Türkiyəli müğənni İrem Derici və dicey sevgilisi Melih Kunukçunun ayrıldığı iddia olunur. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük sosial şəbəkə hesabında bir-birini izləmədən çıxarıb. 

Həmçinin İrem Melihlə birgə olan şəkillərini instaqram hesabından silib. 

Qeyd edək ki, şəxsi həyatı və hit mahnıları ilə gündəmə gələn müğənni bir müddətdir görüşdüyü Melih Kunukçu ilə evlənməyə hazırlaşırdı. Bir neçə ay əvvəl nişanlanan müğənni sevgilisi ilə birlikdə “Qalatasaray” matçını izləmək üçün Niderlanda gedib və Amsterdamda hücuma məruz qalmışdı.

Cütlük ayrılıq xəbərləri ilə bağlı açıqlama verməyib.