Aytac kollektiv çəkdirdiyi şəklə görə öldürülübmüş...

aytac-kollektiv-cekdirdiyi-sekle-gore-oldurulubmus
Oxunma sayı: 13445

Fevralın 27-də Şəmkirin İrmaşlı kəndində 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyevanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Aytac əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyev tərəfindən qısqanclıq niyyəti ilə öldürülüb.

Belə ki, Piri Aytacın getdiyi kompüter kursunda kollektiv şəkil çəkdirdiyini görüb və bundan əsəbiləşib. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb. Mübahisənin davamında isə Piri əmisi qızını Suludərə adlanan əraziyə aparıb və orada 24 yaşlı qadının boğazını kəsərək qətlə yetirib. Qətldən sonra Piri Əli oğlu Piriyev könüllü olaraq polisə təslim olub. 

Həmçinin oxuyun: General ona “telepuzik” deyən kəşfiyyatçını məhkəməyə verdi

Qeyd edək ki, Aytac Piriyeva bir müddət əvvəl ərindən boşanıb və onun bir oğlan övladı olub. Atası vəfat edən qadın, anası ilə birgə qalırmış. Məlumata görə, Aytacın boşanmasından sonra, Piri Piriyev onunla evlənmək niyyətində olub.

Emin Səfərov