“Az oynasaz, az qazanacaqsız” - UEFA prezidenti

az-oynasaz-az-qazanacaqsiz
Oxunma sayı: 1755

UEFA prezidenti Aleksandr Çeferin oyunların sıxlığından şikayət edən futbolçulara cavab verib.

“Qafqazinfo” xəbər verir ki, ali futbol qurumunun rəhbəri oyunçuların haqsız olduğunu bildirib:

“Matçların sayını azaltsaq, maaşları da azaltmaq məcburiyyətində qalacağıq. Bunun başqa yolu yoxdur. FIFA və UEFA-nın üstünə düşmək asandır. 

Amma məsələnin həll yolu bəllidir. Az oynasaz, az qazanacaqsız. Şikayət etməli olanlar ayda 1000 avro maaş alan fabrik işçiləridir”.