Azadlıq meydanını yenidən şumladılar – Fotosessiya

azadliq-meydanini-yeniden-sumladilar-fotosessiya
Oxunma sayı: 865


Cəmi bir neçə həftə öncə istifadəyə verilmiş Azadlıq meydanına avtomobillərin girişi yenidən bağlanıb. “Qafqazinfo” xəbər verir ki, Hilton otelinin yanından Dəniz vağzalına qədər olan hissədə qazıntı işləri yenidən başlayıb. Hazırda adıçəkilən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Meydanın mərkəzi hissələrində çökmə olduğuna görə, şəkillərdən də görünür ki, artıq çökən hissələrə yenidən armaturlar döşənir, daş piltələr sıradan çıxdığı üçün yenisi ilə əvəz edilir.

Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhər İcra hakimiyyətinin göstərişi ilə meydanın altını qazıb orada yeraltı dayanacaq inşa etməyə başlayıblar. Bu ərazi 2600 nəqliyyat vasitəsinin saxlayacaq ikimərtəbəli dayanacağın inşası üçün hasara alınaraq qazıllıb və nəhayət aprelin 22-də çöküb. Halbuki meydanın kütləvi tədbirlər zamanı istifadəsi üçün möhkəmləndiriləcəyi deyilirdi.

İndi Azadlıq meydanının ətrafında çökmüş asfalt qatı, dərin çatlar və qaranlıq boşluğu aşkara çıxaran deşiklər, yarıqlar var.

Maraqlıdır ki, uzun müddət bağlı saxlanılan və cəmi bir neçə həftə əvvəl istifadəyə verilən həmin ərazinin niyə çökdüyü, görülən işin hansı səbəbdən belə keyfiyyətsiz həyata keçirildyi haqda heç bir izahat verilmir. Ya da bununla maraqlanan yoxdur...

“Qafqazinfo” həmin ərazidən çəkilmiş fotoları təqdim edir:


Günel Türksoy