Azərbaycan pavilyonunun bütün dünyadan fərqi - Video

azerbaycan-pavilyonunun-butun-dunyadan-ferqi
Oxunma sayı: 3683

“Düşünürəm ki, Azərbaycan pavilyonuna qiymət vermək üçün mütləq digər ölkələrin pavilyonunu görmək lazımdır. İlk baxışdan Azərbaycan pavilyonu sənə Azərbaycanı, Azərbaycanın kiçik bir modelini göstərir, ancaq başqa ölkələrin pavilyonlarını görəndə, onların bu dünyada özünü nə ilə təcəssüm etdirdiyini, dünyaya nə ilə çıxdığını görəndə beyin, düşüncə olaraq qayıdırsan yenidən öz pavilyonuna və görürsən ki, sən dünyaya nə verirsən”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Expo-2020” sərgisində iştirak edən “Qafqazinfo” Xəbər Portalının baş direktoru Elbrus Ərud REAL TV-yə müsahibəsində deyib.

E.Ərud qeyd edib ki, Azərbaycan pavilyonu burada yeganə pavilyondur ki, dünyaya robot, dron, sürətli qatar, müxtəlif texniki vasitələr, avadanlıqlar yox, məhz sadəlik, səmimiyyət, təbiilik, orjinallıq təqdim edir:

“Bu görünür. Dünyada elə bir möhtəşəmlik yoxdur ki, o güllə qarşılanmasın. Bəlkə də, Azərbaycan pavilyonu başdan-ayağa gülün-çiçəyin içərisindədir. Dünyada ən böyük uğuru da güllə qarşılayırlar. Mən qeyd etmək istəyirəm, dünyada xalçanı sevməyən insan, toplum yoxdur.

Mən Rəşad Ələkbərovun sərgisini gördüm, orada Azərbaycan xalçasını gördüm, çox heyrətamizdir. Bəzən deyirlər ki, Azərbaycanın xalçaları dünyanın hansısa muzeylərində saxlanılır, bizim xalçalarımız dünyanın müxtəlif ölkələrinə daşınıb. Amma görürsən ki, nəsil, genetika davam edir”.

“Expo-2020” sərgisində ən çox ziyarət olunan Azərbaycan pavilyonu ilə bağlı ətraflı süjeti təqdim edirik: