Azərbaycan Premyer Liqası dünyada neçəncidir?

azerbaycan-premyer-liqasi-dunyada-necencidir
Oxunma sayı: 2488

Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, reytinq cədvəlini İFFHS açıqlayıb.

2024-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib. Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb.

Çempionatımızın əmsalı 434,25-ə bərabərdir. Premyer Liqamız dünyada 36-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 4 pillə irəliləyib.

Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. Appenin liqası 1992 xala malikdir.

Siyahıda İspaniya La Liqası 2-cidir – 1885 xal. 1871 xala malik İngiltərə Premyer Liqası 3-cü sırada yer alıb.

Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.