“Azərbaycan su qıtlığı problemi yaşamır” - Nazir

azerbaycan-su-qitligi-problemi-yasamir
Oxunma sayı: 1018

“Azərbaycan su qıtlığı problemi yaşamır, baxmayaraq ki, su ehtiyatlarımızın 70%-ni xaricdən alırıq. Problem daha çox idarəetmə ilə bağlıdır”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfransda panel müzakirəsi zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, bu problemi həll etmək üçün hazırda müxtəlif addımlar atılır: “İlk növbədə, su anbarlarının yaradılması və sutoplama sistemlərinin qurulması istiqamətində işlər görülür. Kiçik, orta və ya böyük ölçülü olmasından asılı olmayaraq, hökumət hazırda ölkə üzrə genişmiqyaslı layihələr həyata keçirir.

Suyun düzgün idarə olunması üçün ikinci mühüm məsələ isə suyun açıq kanallarla, xüsusilə torpaq kanalları ilə daşınmasından beton kanallara və hətta qapalı sistemlərə, xüsusilə boru kəmərləri vasitəsilə daşınmasına keçiddir”.