Dağlıq Qarabağ münaqişəsinin uzanması sonunda qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasıma gətirib çıxara bilər. Bunu “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev “Qafqazinfo”ya açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin uzanmasının təhlükəsi barədə danışarkən deyib.
Politoloqun sözlərinə görə “Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasını beynəlxalq aləmdə tanıtdırmaq üçün bir sıra addımlar atır. Bunlardan biri də Litva Seymi ilə "dostluq qrupu"nun yaradılmasıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində buna etiraz bildirilsə də yetərli deyil. Çünki, bu tip etirazlar gələcəkdə digər dövlətlər tərəfindən də analoji addımların atılmasını əngəlləmək iqtidarında deyil. Litva Azərbaycanın ərazi bütövlüyün tanıyır, o cümlədən Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağla ayrıca dostluq qrupunun yaratması beynəlxalq hüququn kobud pozulması faktıdır. Məhz, bu prizmadan yanaşaraq, Azərbaycan kəskin addımlar atmalı və bu addımı atan ölkələrlə diplomatik əlaqələri məhdulaşdırmalı və geniş miqyasda ictimailəşdirməlidir. Ölkələrin Dağlıq-Qarabağla bağı ikili oyun oynaması və Azərbaycanın radikal addımlar atmaqdan çəkinməsi ölkəmizi çətin sınaqlar qarşısında qoyur. Bu xarici siyasətimizin boşluqlarıdır.
Politoloq boşluqları da sadalyaraq deyir ki “bəzən bir çox dövlətlər Dağlıq Qarabağ münaqişəsi haqda səthi məlumatlara malikdirlər və münaqişənin tarixi kökündən və Azərbaycanla Ermənistan arasındakı hazırkı status-kvodan, eyni zamanda gedən danışıqlardan bixəbərdirlər. artıq çoxları düşünür ki, bütün dünya ölkələri, o cümlədən həmin ölkələrdə fəaliyyət göstərən bir çox dövlət idarələri, vətəndaş cəmiyyəti institutları, media nümayəndələri bu hadisələrdən xəbərdardır. Əfsuslar olsun ki, bu belə deyil. Bunun nəticəsi olaraq bu və ya digər ölkələr, hətta Azərbaycana dost olan ölkələr də bəzən, ermənilərin lehinə olan bir sıra addımlar atırlar. Azərbaycan tərərəfinin etirazından sonra həmin o səhvlər düzəldilməyə doğru gedir. Qondarma Dağlıq Qarabağ Respublikasının Litva ilə dostluq yaratması, Litva ilə müəyyən münasibətlər qurmağa çalışması, özünü tanıtdırmağa çalışması heç də Litva dövlətinin Azərbaycana olan münasibətinin göstəricisi deyil. Buna baxmayaraq, Azərbaycan çox kəsgin reaksiya verməlidir. Bu reaksiya Türkiyənin məlum olaylar üzündən İsrailə qarşı göstərdiyi təpgiyə bərabər olmalıdır".
“Informasiyasızlıq boşluğu aradan qaldırılmalı ən vacib məsələlərdən biridir. Azərbaycan tərəfinin Dağlıq Qarabağla bağlı həqiqətləri çox qısa və konkret şəkildə dünya ictimaiyyətinə çatdırması gərəkməkdədir. Ayrı-ayrılıqda bütün dövlətlərin xarici işlər nazirliklərinə, xarici işlər nazirlikləri çərçivəsində fəaliyyət göstərən qurumlara, idarələrə, həmin ölkələrin bir çox qərarverici orqanlarına, idarələrinə böyük vətəndaş cəmiyyəti institutlarına, beyin mərkəzlərinə Dağlıq Qarabağla bağlı neçə vərəqdən ibarət, çox lokonik Azərbaycanın haqlı mövqeyini əks etdirən və eyni zamanda onların hansı addımları atıb-atmaması ilə bağlı bir metodoloji vəsait kimi məlumat hazırlayıb təqdim etmək gərəkdir. Çox yəqin ki, bəzən informasiyasızlıqdan bu və ya digər dövlətlər Dağlıq-Qarabağla bağlı səhvlərə yol verirlər. Əgər vaxtında addım atılmasa, Dağlıq-Qarabaq get-gedə daha iri addımlarla Azərbaycandan uzaqlaşacaq. Eyni zamanda itirilən hər gün onu itirilən zamanın iki-üç misli miqyasında Azərbaycandan uzaqlaşdırmaqdadır" – deyə politoloq fikrini yekunlaşdırıb.