Azərbaycanda kök qadınların yarışı başlayır

azerbaycanda-kok-qadinlarin-yarisi-baslayir
Oxunma sayı: 5180

Teleaparıcı Günel Hümbətova yenidən efirə qayıdıb.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən aparıcı bildirib ki, martın 19-dan etibarən “Xəzər” televiziyasında hər gün saat 18:40-da izləyicilərin qarşısına çıxacaq:

“Azərbaycan teleməkanında ilk dəfə belə bir şou-veriliş yayımlanacaq. Verilişdə bir-birindən kök və fərqli qadınlar arıqlamaq uğrunda mübarizə aparacaqlar. Layihə 3 ay davam edəcək və bu müddətdə qadınlar arıqlamaqla birlikdə sürpriz hədiyyə də qazanmış olacaqlar”, - deyə G. Hümbətova söyləyib.