Azərbaycanda polis zabiti qəzada öldü

azerbaycanda-polis-zabiti-qezada-oldu
Oxunma sayı: 5619

Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus avtomobillə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.