Azərbaycanda rusdilli məktəblər bağlanır? - Nazir açıqladı

azerbaycanda-rusdilli-mektebler-baglanir
Oxunma sayı: 15418

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda rusdilli məktəblərin bağlanması ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə AzTV-də yayımlanan “Hədəf” verilişində danışıb.

Nazir qeyd edib ki, bu məsələ gündəmdə deyil: “Hazırda Azərbaycanda hər iki dildə təhsil var. Rusdilli məktəblərin bağlanması müzakirə mövzusu deyil”.

Gülnar Əliyeva