İki il əvvəl “Evrovision” musiqi yarışmasında əldə etdiyi birincilikdən sonra Azərbaycan növbəti uğura imza atıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2013”ün ikincisi olub. Belə ki, müsabiqədə ölkəmizi “Hold me” mahnısı ilə təmsil edən Fərid Məmmədov 234 xalla rəqiblərini qabaqlayıb və ikinciliyi əldə edib. Yarışmanın qalibi isə “Onli Teardrops” mahnısı ilə Danimarka təmsilçisi seçilib.
Qeyd edək ki, ilk dəfə 2008-ci ildə müsabiqəyə qatılan Azərbaycan artıq beşinci ildir ki, yüksək nəticələr əldə edir. Belə ki, ilk dəfə 8-ci yeri qazanan təmsilçilərimiz, daha sonra 3, 5, 1 və 2-ci yerləri tutublar.
Son xəbərlər
Son Xəbərlər