Azərbaycanlı aktyorun evində partlayış olub, vəziyyəti ağırdır

azerbaycanli-aktyorun-evinde-partlayis-olub-veziyyeti-agirdir
Oxunma sayı: 7705

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıb.

“Qafqazinfo” bildirir ki, bu barədə Əməkdar artist Elnur Kərimov feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, C. Telman hazırda 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.