“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 48 saat nəzarətdə saxlanılan 90 avtoritetdən ancaq yeddisi qalıb və onların hamısı Azərbaycan vətəndaşlarıdır. Saxlanılanlardan yalnız “sxodka” zamanı aşkar edilən döyüş tapancasında barmaq izləri tapılanlar barəsində cinayət işi başlanacaq.
Qeyd edək ki, fevralın 18-də Moskva polisi paytaxtın iki müxtəlif hissəsində 50-yə yaxın azərbaycanlı “qanuni oğru” saxlamışdı. Onların üzvlərindən birinin “tacqoyma” mərasimini təşkil etdikləri deyilirdi.
Son xəbərlər
Son Xəbərlər