Azərbaycanlı hakim-inspektor Türkiyə millisinin oyununda

azerbaycanli-hakim-inspektor-turkiye-millisinin-oyununda
Oxunma sayı: 1313

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva görüşünün hakim-inspektoru olacaq.

H qrupunun oyunu oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən “Sakarya Atatürk” stadionunda baş tutacaq.