İstanbulda 6 yaşlı çinli qıza koronavirus diaqnozu qoyulması xəbəri Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təkzib olunub.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin narahatlıq doğuracaq səviyyəyə çatması köməkçi həkimin səhvi ucbatından baş verib.
Belə ki, azyaşlı qız 19 yanvar tarixində ailəsi ilə birgə Çindən Türkiyəyə gəlib. O, daha sonra öskürək səbəbiylə xəstəxanaya müraciət edib.
Azərbaycanlı həkim köməkçisi xəstəxananın qeydiyyat sisteminə “Ön diaqnoz” yerinə “Dəqiq diaqnoz: Koronavirus” deyə qeyd edib. Halbuki qızın analizlərinin cavabı neqativ çıxıb.

Son xəbərlər
Son Xəbərlər