Azərbaycanlı jurnalistin şəhidlər üçün ağladığı an Ərdoğanın rəsmi saytında - Foto

azerbaycanli-jurnalistin-sehidler-ucun-agladigi-an-erdoganin-resmi-saytinda
Oxunma sayı: 19541

Türkiyə mətbuatı dünən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın bəhs etdiyi azərbaycanlı jurnalistin fotosunu yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-da məscidin açılışına qatılan Ərdoğan həmin jurnalistlə bağlı “az əvvəl bir Azərbaycan televiziyası qarşımı kəsdi, jurnalist ağlayırdı. Görəsən bizim medianın gözlərində də bunu görə biləcəyikmi?” ifadələrini işlətmişdi.

Qeyd edək ki, fotoda ANS-in ABŞ bürosunun rəhbəri Qənirə Ataşovanın gözlərinin dolduğu həmin anın görüntüsünü Ərdoğanın rəsmi saytı da yayımlayıb.