Azərbaycanlı müğənninin qardaşı “qız” oldu

azerbaycanli-mugenninin-qardasi-qiz-oldu
Oxunma sayı: 33519

Tanınmış azərbaycanlı müğənninin qardaşı özünü qız edib.

"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, bir vaxtlar hətta özünə toy edən tanınmış stilist Balaş obrazını dəyişdirərək "qız" olub. Bu barədə sayta oxucu bildirib. O, stilistin yeni obrazında olan fotolarını da göndərib.

Bildirək ki, sözügedən sitilist tanınmış müğənni Xatun Əliyevanın qardaşıdır. Balaş 2011-ci ildə Gülnar adlı xanımla da ailə həyatı qurmuşdu.

Hatta müğənni Xatun toy günü bacısı Aliviya ilə eyni paltar geyinmişdilər. Buna səbəb isə onların qardaşlarının toyunda eyni paltar geyməyi əhd etmələri olub.

***

Axşam.az- açıqlama verən Balaş fotoların ona aid olmadığını deyərək, ittihamları gülünc adlandırıb:

“Bu xəbəri yayanların əlində faktlar var? Sadəcə, gülməlidir. Kiminsə fotosunu götürüb, mənimki kimi təqdim ediblər. İnanmayan gəlib mənim fotolarımı çəkib yaya bilər. Kimsə qəsdən belə bir şey etdirib. Məncə Xatuna görə edilib”.

***

Müğənni Xatun Əliyeva məsələyı nstaqramda münasibət bildirib:

"Əzizlərim, qardaşım Balaş haqqında yayılan şayiələr qətiyyən məni əsəbləşdirmədi.Sadəcə düşmənimə sərt cavab verdim ki, özünü yığışdırsın".