Azərbaycanlı münsifləri şoka saldı - “Yetenek Sizsiniz”də... +Video

azerbaycanli-munsifleri-soka-saldi
Oxunma sayı: 11348

Türkiyənin məşhur “Yetenek Sizsiniz” yarışmasına daha bir azərbaycanlı qatılıb.

“Qafqazinfo”nun məlumatına görə, 23 yaşlı Anna Zemçonka təqdim etdiyi illuziya şousu ilə hər kəsi təəccübləndirib.

Azərbaycanlı iştirakçı 3 münsifi şoka salıb, onlar yekdil qərarla Annanı ikinci tura keçiriblər.

Qeyd edək ki, TV8-də telekanalında yayımlanan yarışma proqramının münsiflər kürsüsündə Ali Taran, aktyor Eser Yenenler, aktrisa Seda Bakan oturub.