Azərbaycanlı nazirlər prezidentlə rəsmi naharda - Fotolar

azerbaycanli-nazirler-prezidentle-resmi-naharda
Oxunma sayı: 6759

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, II İliya qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıyır. Hər iki dövlət Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmir

Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini deyən Pravoslav Kilsəsinin Patriarxı Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırdı.

SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən Prezident hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu dedi.

***

Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verildi.