Azərbaycanlı ögey ana 2 yaşlı qızını - Çayda boğub öldürdü

azerbaycanli-ogey-ana-2-yasli-qizini
Oxunma sayı: 10832

Rusiyada 25 yaşlı azərbaycanlı qadın ərinin sevgilisindən olan 2 yaşlı qızını öldürüb. “Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, dəhşətli qətl İvanovda baş verib. Qadın ərinin başqa qadından olan uşağını qaçıraraq onu çaya atıb. Uşağın meyiti daha sonra axtarış nəticəsində tapılıb.

Bu gün baş verən qətl hadisəsi ilə bağlı ilk məhkəmə iclası keçirilib. Şirəliyeva Q. günahkar olmadığını bildirsə də, hadisə günü kameralara düşən görüntülər onu əsas şübhəli edib.

25 yaşlı və iki uşaq anası olan qadın 4 il əvvəl Azərbaycandan Rusiyaya, ərinin yanına gedib. Uzun müddət ərinin sevgilisindən xəbərsiz olub. Əri S.Şirəliyevin kafedə tanış olduğu Yelena adlı qadından Yana adlı qızı dünyaya gəlir. Şirəliyev həyat yoldaşından ayrılmasa da, qızı Yanaya yardımını əsirgəmir.

Q.Şirəliyeva ərinin sevgilisindən sonralar xəbər tutur və qısqanclığını gizlətmir. S.Şirəliyev mətbuata verdiyi açıqlamasında bildirib ki, sevgilisi ilə əlaqəsini kəsəcəyinə, lakin uşağa yardım edəcəyinə söz verdikdən sonra həyat yoldaşı artıq bu haqda mübahisə etməyi dayandırır.

İki yaşlı Yananın qaçırıldığı anın görüntülərini izləyən uşağın atası kadrdakı qadının həyat yoldaşı olduğuna inanmadığını bildirib. O iddia edib ki, uşağı oğurlayan qadın çox açıq geyinib, lakin həyat yoldaşının qarderobunda belə geyim, xüsusən də cins şalvar yoxdur.

Qeyd edək ki, əgər günahı sübuta yetirilərsə qadını 20 ilə qədər həbs gözləyir.