Azərbaycanlı rejissor və aktyorlar Venesiyada qırmızı xalıda - Fotolar

azerbaycanli-rejissor-ve-aktyorlar-venesiyada-qirmizi-xalida
Oxunma sayı: 8020

Xəbər verdiyimiz kimi, azərbaycanlı rejissor Hilal Baydarovun “In Between Dying” filmi (“Səpələnmiş ölümlər arasında”) Venesiya Film Festivalına qatılıb.

“Qafqazinfo”nun məlumatına görə, filmin rejissoru Hilal Baydarov, quruluşçu operatoru vә prodüseri Elşәn Abbasov, baş rol ifaçıları Orxan İsgəndərli, Rəna Əsgərova bu gün festivalın qırmızı xalısına çıxıb. Onları festivalın direktoru Alberto Barbera müşayiət edib.

Qeyd edək ki, Azərbaycan filminin premyerası 2-12 sentyabr tarixlərində keçirilir. Azərbaycanla ABŞ-ın birgə istehsalı olan ekran işində Məryəm Nağıyeva, Mürvət Əbdüləzimov, Kamran Hüseynov və Samir Abbasov da çəkiliblər.

“In Between Dying” əsas müsabiqəyə daxil olan 18 layihədən biridir.