Azərbaycanlı tanınmış güləşçi narkotik satırmış... - Foto

azerbaycanli-taninmis-gulesci-narkotik-satirmis
Oxunma sayı: 11228

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış sərbəst güləşçi Mahir Əmiraslanov da var.

"Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir. Əmiraslanov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Mahir Əmiraslanov Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olmaqla yanaşı, eyni zamanda gənclər üzrə dünya çempionudur.

Emin Səfərov