Azərbaycanlılar Sırxavənd istiqamətində 370 m irəlilədi - Erməni mediası

azerbaycanlilar-sirxavend-istiqametinde-370-m-ireliledi
Oxunma sayı: 8353

Ağdərə bölgəsindəki Nor Qazançı (Sırxavənd) kəndi istiqamətində bəzi ərazilər Azərbaycanın nəzarətinə keçib.

“Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə kənd icmasının rəhbəri Ruslan Arstamyan “Aparaj” nəşrinə açıqlamasında çıxış edib. 

Onun sözlərinə görə, azərbaycanlılar gecə saatlarında Sırxavənd istiqamətində 370 m irəliləyib.

“Onların mövqeyi Vank-Drmbon (Vəngli-Heyvalı) kəsişməsindən 1,5 km məsafədə yerləşirdi. İkinci mövqe də dəyişdirildi. GPS ilə yoxlayaraq 370 metr irəlilədilər və mövqeləri tutdular. Onlar iki erməni mövqeyinin kəndə tərəf 300 metr geri çəkilməsini tələb etdilər və yalnız bundan sonra geri çəkiləcəklərini bildirdilər”,- deyə Ruslan Arstamyan bildirib.