Azərbaycanlıların mahnısı Rusiyada 1-ci oldu

azerbaycanlilarin-mahnisi-rusiyada-1-ci-oldu
Oxunma sayı: 4377

“Apple Music”in Musiqi xidməti Rusiyada 2021-ci ilin ən populyar mahnısını açıqlayıb.

“Qafqazinfo” “Apple Music”in Mətbuat xidmətinə istinadən xəbər verir ki, ilin ən populyar mahnısı əslən azərbaycanlı olan HammAli & Navai-nin (Aleksandr Əliyev və Nəvai Bəkirov) “Ptiçka”sı olub.

Rusiyada ən populyar mahnıların ilk beşliyində, həmçinin “Snova ya napivayus” (SLAVA MARLOW), “Venera-Yupiter” (Vanya Dmitriyenko), “Siyay” (Ramil) və “Astronaut In The Ocean” (Masked Wolf) yer alıblar.

Mahnını buradan dinləyə bilərsiniz