AzTV-nin Ceyranı illər sonra efirdə - Video

aztv-nin-ceyrani-iller-sonra-efirde
Oxunma sayı: 14186

AzTV-də vaxtilə "Sən bir nəğmə" və bir çox verilişlərə aparıcılıq edən Ceyran Rəhimova illər sonra efirə çıxıb.

”Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı 5/5 verilişində qonaq olub.

Pərəştişkarlarından biri ona fotosu əks olunan tablo hədiyyə göndərib. Yüzlərlə insan sosial şəbəkədə C.Rəhimovanın gözəlliyini itirmədiyini bildirib və onun yenidən efirə qayıtmasını istəyib.

Aparıcı yenidən efirdə görünəcəyi barədə konkret fikir söyləməyib.