Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasında sərnişinlərdən biri özünü qatar yoluna atıb.
"Bakı Metropoliteni"ndən “Qafqazinfo”ya verilən məlumata görə, qatarı idarə edən maşinist çevik reaksiya verib və həmin şəxs xəsarət almayıb. Gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb və polisə təhvil verilib.
Bu səbəbdən həmin xətdə on dəqiqəyədək yubanma olub.
***
Özünü qatarın altına atan şəxsin kimliyi müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, bu, 1988-ci il təvəllüdlü Tural Şükürovdur. Xəstəxanaya yerləşdirilən Şükürova kəllə-beyin travması diaqnozu qoyulub.
Son xəbərlər
Son Xəbərlər