Bakı polis rəisinə yeni köməkçi təyin edildi

baki-polis-reisine-yeni-komekci-teyin-edildi
Oxunma sayı: 8371

Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı həyata keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, müvafiq əmrlə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Bəkir Qarayev vəzifəsindən azad edilib.

B.Qarayev Bakı şəhər BPİ-nin rəisi, polkovnik Əkbər İsmayılovun şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, Bəkir Qarayev Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Qalib Qarayevin oğludur. B.Qarayev 2015-ci ildə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi olarkən apardığı cinayət işlərinin istintaqında nöqsanlara yol verdiyinə görə, işdən çıxarılaraq daha aşağı vəzifəyə-Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunmuşdu. 

Daha sonra 2019-cu ili iyulunda isə Qarayev Gəncə ŞBPİ-yə İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilmişdi.

Murad Əhməd