Bakıda 14 yaşlı oğlanın başına daş piltəsi düşdü - Foto

bakida-14-yasli-oglanin-basina-das-piltesi-dusdu
Oxunma sayı: 5088

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.