Bakıda 4 yaşlı uşağı it dişlədi, öldü

bakida-4-yasli-usagi-it-disledi-oldu
Oxunma sayı: 5779

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.

Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.